Modern.az

Deputat Rauf Əliyev Siyavuş Novruzovla getdiyi Çin səfərindən danışdı

Deputat Rauf Əliyev Siyavuş Novruzovla getdiyi Çin səfərindən danışdı

6 Mart 2013, 14:53

Çin Xalq Respublikasından qayıdan  Milli Məclisin nümayəndə heyətinin üzvlərindən Rauf Əliyev orada keçirdikləri görüşlər, müzakirələr barədə Modern.az-a danışıb. O bildirib ki, səfər çərçivəsində Çinin 3 şəhərində – Pekin, Şanxay və Sian şəhərlərində olublar. “Sian və Şanxayda Çin Xalq Respublikasının Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin rəhbərlərinin müavinləri ilə, Pekində isə onun rəhbəri ilə görüşdük. Bu görüşlərdə əsasən Azərbaycan Respublikası və Çin Xalq Respublikasının münasibətləri, Çin-Azərbaycan arasında iqtisadi ticarət əməkdaşlığı, hüquq müqavilə bazası, mədəni, elmi texniki və humanitar əlaqələr müzakirə olunub. Bütün bu məsələlər geniş müzakirə olunandan sonra əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təkliflər də verilib”.

R. Əliyev səfər çərçivəsində həmkarı Siyavuş Novruzovla birlikdə Şanxay şəhərində Şanxay Futbol Federasiyasının vitse-prezidenti və baş katibi ilə görüşdüklərini bildirib. “Bu görüş zamanı belə qərar qəbul edildi ki, bizim gənclər arasında əlaqələr genişlənsin. Yayda Şanxay komandası Azərbaycana gəlsin, sonra Azərbaycan komandası Şanxaya getsin”.

Millət vəkili eyni zamanda Çin xalqının gündəlik həyatında gördüklərini də Modern.az-la paylaşıb. O bildirib ki, səfər zamanı orada bütün məsələlərin qanun çərçivəsində həll olunmasını müşahidə edib. “Fərq bu idi. Çox təmiz şəhərdir, yolları çox genişdir. Orada hər şey insanlar üçün istiqamətlənib ki, onlar normal yaşasın. Öz xalqlarına qarşı çox ciddidirlər”.

R.Əliyev eyni zamanda Çin mətbəxini də bəyəndiyini vurğulayıb. “Yeməkləri qəlizdir. Dəniz məhsullarından müxtəlif yeməklər hazırlayır. Çin mətbəxindən ən əsası keçi ördəyi xoşuma gəldi, çox gözəl hazırlayırlar. Eyni zamanda şorbaları da yaxşı olur və gündəlik rasionlarının ayrılmaz hissəsidir. Yeməkləri elə də yağlı olmur və əsasən dəniz məhsulları üstünlük təşkil edir”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir