Modern.az

Qənirə Paşayeva Milli Məclisdə Xocalıdan olan uşaqların məsələsini qaldırdı

Qənirə Paşayeva Milli Məclisdə Xocalıdan olan uşaqların məsələsini qaldırdı

15 Mart 2013, 16:52

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qənirə Paşayeva dünən Parlament Jurnalistlər Birliyinin Xocalıda hər iki valideynini itirmiş uşaqlarla bağlı təşkil etdiyi görüşdən danışıb. Deputat bildirib ki, həmin  uşaqların problemləri var. Belə ki, onların şəhidlik statusu əllərindən alınıb. “Bu uşaqların günahı nə idi ki, onlar hər iki valideynini Xocalıda itiriblər!? Bu baxımdan onların şəhidlik statusunun bərpa olunmasının vacibliyini düşünürəm”.

Hökumət nümayəndələrinin orada olmasını nəzərə alan deputat hər iki valideynini itirmiş uşaqların mənzil problemini də onlara çatdırıb. Q. Paşayeva bildirib: “Uşaqların mənzil problemləri həll olunsa, bu, Allaha da xoş gedər”.

Daha sonra gənclərin siqaret aludəçiliyi ilə bağlı danışan Qənirə Paşayeva qeyd edib ki, qanunda 18 yaşından aşağı uşaqlara siqaret satmaq qadağandır. “Amma indi ən balaca uşağa belə siqaret satılır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı