Modern.az

Ramil Usubov Şəki və Zaqatala rayonlarında vətəndaşları qəbul edib

Ramil Usubov Şəki və Zaqatala rayonlarında vətəndaşları qəbul edib

Aktual

20 Aprel 2013, 15:25

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirib. Modern.az nazirliyin rəsmi saytına istinadən bildirir ki, iki gün ərzində nazir Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edib.


Daxili işlər naziri tərəfindən qəbul edilən 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb. Polis fəaliyyətinə aid olmayan 15 ərizəyə isə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və onların obyektiv şəkildə araşdırılacağı bildirilib.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı