Modern.az

48 yaşlı partiya sədri- Əli Kərimlinin ad günüdür

48 yaşlı partiya sədri- Əli Kərimlinin ad günüdür

Aktual

28 Aprel 2013, 18:59


Bu gün AXCP sədri Əli Kərimlinin doğum günüdür. Partiya sədri 48 yaşını qeyd edir.

Qeyd edək ki, Əli Kərimli 1965-ci il Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1985-ci ildə hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Elə orada AXC-nin BDU-dakı şöbəsinin yaradıcılarından biri və sədri olub. Azərbaycan Xalq Cəbhəsini hərəkatının nizamnəməsinin yaradılmasında iştirak edib.

Tələbəlik illərində demokratik islahatları dəstəkləyən "Yurd" ictimai birliyinin yaradıcılarından biri və onun rəhbəri olub. 1988-ci ildə "Yurd" ziyalıların dəstəyi ilə kommunist rejiminə etiraz olaraq tələbələrin Bakıda görüşünü təşkil edir. Bu görüş təhlükəsizlik xidmətlərinin xüsusi alayı ilə dağıdılır. Digər Azərbaycan millətçiləri kimi o da rus soyad sonluğunu (-ov) çıxararaq soyadını Kərimli edib.

Əli Kərimli AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin müavini vəzifəsində işləyib. "Azadlıq" qəzetinin parlament müxbiri olub. 1991-ci ildə BDU-nu bitirkdən sonra orada hüquq üzrə bir müddət müəllim işləyib. 1992-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1 may1993-cü ildən isə Azərbaycan Respublikasının Dövlət katibi təyin olunub. 7 iyul 1993-cü ildə isə həmin vəzifədən azad edilib.

Əli Kərimli 1993-cü ildə 4 iyun hadisələrini rəsmi şəkildə qiyam kimi qiymətləndirən ilk dövlət nümayəndəsi olub. 1993-cü il iyunun 26-da istefa verərək Ordubad rayonunun Kələki kəndində yaşayan prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb. 1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq AXCP sədrinin siyasi məsələlər üzrə müavini işləyib. 1995-ci il noyabrın 12-də proporsional qaydada AXC-dən Milli Məclisin üzvü seçilib. Əbülfəz Elçibəyin ölümündən sonra AXCP iki hissəyə - konservativ (KXCP) və reformist qanadlara bölünür. Kərimli reformist qanadının rəhbəri olur. 2003-cü il prezident seçkilərində namizəd olub. Özünün coşqulu müxalif baxışları üzündən xarici pasportdan məhrum edilib. Dünyada xarici pasportu olmayan çox az sayda müxalifətçilərdən biridir.

Hazırda da AXCP-nin sədridir. Ailəlidir 3 övladı var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı