Modern.az

Kerri Hitler üzərində qələbəni rusların ayağına yazdı: “ABŞ-da bunu bilmirlər”

Kerri Hitler üzərində qələbəni rusların ayağına yazdı: “ABŞ-da bunu bilmirlər”

8 May 2013, 11:34

Rusiayada səfərdə olan ABŞ dövlət katibi Con Kerri Sovet İttifaqının faşist Almaniyası üzərində qələbənin hansı miqyasda qurbanlar hesabına başa gəldiyini Amerikada tam dərk edilmədiyini etiraf edib. Modern.az bildirir ki, Kremldə Putinlə görüşü zamanı C. Kerri Qırmızı Meydanda gəzərkən bayram hazırılıqlarının şahidi olub.

“Mən İkinci Dünya Müharibəsi iştirakçısı olan veteranlarla görüşdüm. Sizə deməliyəm ki, ABŞ-da heç də hamı bu müharibənin Rusiyaya necə ağır zərbə vurduğunu və böyük qurbanlar hesabına başa gəldiyini  anlamır”-deyə dövlət katibi vurğulayıb.

Daha sonra C.Kerri 9 may Qələbə Günü ilə bağlı qəribə cümlə işlədib. “Sizin qələbə bayramı ərəfəsində burda olmaq mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, faşist Almaniyasına qarşı müharibədə SSRİ-nin bütün 15 respublikası iştirak edib və çoxsaylı qurbanlar veriblər. Azərbaycan SSR-nin bu müharibədə itkisi 600 min nəfər olub. Bu qələbənin əldə edilməsində təkcə rusların deyil bütün xalqların payı olub.

 

X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü