Modern.az

Təhsil Nazirliyinin daha bir şöbə müdiri işdən çıxarılıb

Təhsil Nazirliyinin daha bir şöbə müdiri işdən çıxarılıb

Təhsil

22 May 2013, 17:18

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsini müdiri Həbib Zərbəliyev tutduğu vəzifədən azad olunub.

Həbib Zərbəliyev  APA-ya faktı təsdiqləyib və 3-4 gün əvvəl təhsil naziri Mikayıl  Cabbarovun əmri ilə tutduğu vəzifədən azad olunduğunu deyib:
“Yeni nazir bizimlə işləmək istəmədi. Akkreditasiya şöbəsi ilə monitorinq və qeydiyyat şöbəsi birləşdirilərək yeni şöbə yaradıldı. Bundan sonra isə bizim orda çalışmağımıza ehtiyac olmadı”.

Hazırda Dillər Universitetində müəllim kimi çalışdığını deyən sabiq şöbə müdiri AMEA-dan da işlə bağlı təklif aldığını açıqlayıb.

Qeyd edək ki, ötən gün təhsil nazirinin əmri ilə nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev də tutduğu vəzifədən azad edilib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı