Arxiv
23 Sentyabr 2009, 14:40 | MEDİA
Tanınmış jurnalist Emin Eminbəyli: «Bir daha mətbuata qayıtmaram»

Modern.az saytı yaxın keçmişdə jurnalistika sahəsində tanınan, sonradan isə itib-batan qələm sahiblərinin hazırda hansı işlə məşğul olması istiqamətində araşdırmaları davam etdirir. Bu dəfə müstəqilliyimizin ilk illərində oxucular arasında populyar nəşrlərdən biri olan «7 gün» qəzetinin baş redaktoru Emin Eminbəylinin harada olduğunu araşdırdıq.

Xatırladaq ki, «7 gün» qəzeti Azərbaycanda uzun müddət geniş oxucu auditoriyası olmuş qəzetlərdən idi. Bu qəzetin sonradan rusca «7 dney» adlı nəşri də çap olunurdu. Amma indi həmin qəzetlər işıq üzü görmür. «7 gün»ün baş redaktoru Emin Eminbəyli rəhbərlik etdiyi qəzeti bağlayandan sonra bir müddət «Şəfa» stadionunun direktoru vəzifəsində çalışdı. Bu vəzifədən getdikdən sonra o, xeyli vaxt «7 gün»ün rusca buraxılışını çap etdirdi. Lakin «7 dney» adlı həmin həftəlik qəzet bazarda özünə yer tapa bilmədiyindən E.Eminbəyli onun da çapını dayandırdı. Bəs baş redaktor indi haradadır, nə işlə məşğul olur? Emin Eminbəyli ilə söhbətimiz zamanı o, hazırda öz şəxsi biznesi ilə məşğul olduğunu söylədi: «Mən kağız tullantıları ilə məşğul olan zavodun direktorlar şurasının üzvüyəm. Biz Almaniyanın istehsal sahəsini Azərbaycanda quraşdırmaq istəyirdik. Amma müxtəlif səbəblər üzündən bu arzumuzu ölkəmizdə həyata keçirmək mümkün olmadı. Onda belə qərara gəldik ki, bu istehsal sahəsini Rusiyada quraq. Hazırda bu işlə məşğulam. Qeyd edim ki, zavodumuz kağız tullantılarından karton istehesal edir. Bunun üçün lazımi  avadanlıqlarımız var». E.Eminbəyli mətbuat sahəsi üçün bir o qədər də darıxmadığını qeyd etdi. Keçmiş baş redaktor o vaxtkı mətbuatla indiki media arasında müəyyən fərqlərin olduğunu da dedi: «Mən «7 gün» qəzetinin baş redaktoru olduğum zaman mətbuatın qarşısında duran vəzifələrlə indiki medianın məqsədi arasında böyük fərqlər var. Hazırda çalışdığım işdən məmnunam. Maddi imkanlarım da o zamankından yaxşıdır».

«Əgər yenidən mətbuata qayıtmaq təklifi olunarsa, bunu qəbul edərsinizmi» sualına müsahibimizin cavabı belə oldu: «Mənim bir daha mətbuata qayıtmaq istəyim yoxdu. Bunun müəyyən səbəbləri var. Artıq çoxdandır ki, mətbuatdan uzaqlaşmışam. Fikrimcə, qəzetçilik işini unutmuşam və daha onun öhdəsindən gələ bilmərəm».

Buna baxmayaraq E.Eminbəyli Azərbaycanda nəşr olunan qəzet və jurnalları imkan düşdükcə vərəqləyir, bəzi gündəlik qəzetlərin isə oxucusudur.

 

Aqil LƏTİFOV

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34 Şah Mat Teatrından növbəti tamaşa 22 Noyabr 2019, 17:30 Fəxrəddin Abbasovun məhkəməsi başladı 22 Noyabr 2019, 17:27 Manatın üç günlük məzənnəsi 22 Noyabr 2019, 17:23