Modern.az

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilib

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilib

26 İyul 2013, 22:33

ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusu alıb.APA-nın məlumatına görə, qərar ATƏT-in Daimi Şurasının iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib.

Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək və bu böyük dəyişikliklərə səbəb olmayacaq.Bu mandat çərçivəsində ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.

Xatırladaq ki, Azərbaycan tərəfi bu ilin yazında ATƏT-ə təşkilatın Bakı ofisinin statusunun dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir