Modern.az

50 ildən sonra görüş - FOTO

50 ildən sonra görüş - FOTO

Aktual

4 Avqust 2013, 22:10

Milli Məclisin deputatı Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli avqust ayının 4-də “Lənkəran cörək”ASC-nin (keçmiş 14 N-li çörək zavodu) rəhbərliyinin dəvəti ilə bir qurup əmək veteranı ilə görüşüb.

Qeyd etmək lazımdır ki,o,əmək fəaliyyətinə avqust 1963-cü ildə 14N-li Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb.Deputat 50 ildən sonra əmək fəaliyyətinə başladığı zavodda vaxtı ilə calışdıği işcilərdən bir qrupu ilə bir araya gəlib.

Çay süfrəsi arxasında Hadi Rəcəbli və veteranlar 60-cı illərin yoldaşlıq və işgüzarlıq münasibətləri  haqqında öz xatirələrini bölüşüblər. Mərhum prezident Heydər Əliyev tərəfindən o dövrdə yaradılan şəraitdən, Lənkərandakı intibahlı illərin uğurlarından danışılıb. Qeyd edilib ki,   irəli sürülmüş sosial-iqtisadi siyasət və qarşıda qoyulmuş vəzifələr bu gün prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkədə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Belə görüşlərin kecirilməsi yaşlı insanların unudulmamasında və gənclərin tərbiyəsində mühüm rol oynayır.

Çıxış edənlər zavodun direktoru Mahir İbrahimov,qocaman əmək veteranlarından Ağahüseyn Mirzəyev,Abuzər Əhədov, Canbaxış Cəfərov və başqaları onlarla görüşə gəldiyinə görə Hadi Rəcəbliyyə öz minnətdarlıqlarını bildiriblər və dövlət tərəfindən sözün həqiqi mənasında ölkəmizdə ahıl və qocalara diqqətin yüksək səviyyədə olduğunu vurgulayıblar. Eyni zamanda tədbir iştirakçıları dövlətçiliyimizin möhkəmlənməsi, sabitliyin qorunması naminə apardığı mübarizədə dövlət başcısı ilham Əliyevlə həmrəy olduqlarını qeyd edərək, onu yenidən dövlət başcısı görmək istədiklərini bildiriblər.

Sonda Milli Məclisin sosial siyasət komitəsinin sədri millət vəkili Hadi Rəcəbli vaxt  tapib görüşə gəldikləri ücün  qocaman əmək veteranlarına öz minnətdarlığını  bildirib, onlara uzun ömür,cansağlığı arzulamış və hədiyyələr veribdir.

Deputat əmək veteranlarının kicik bir qrupu ilə xatirə şəkli çəkdirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı