Modern.az

Prezidentliyə namizəd qəzəbləndi: “MSK bürokratik işlərlə məşğuldur”

Prezidentliyə namizəd qəzəbləndi: “MSK bürokratik işlərlə məşğuldur”

17 Sentyabr 2013, 11:55

“MSK-a seçki keçirmək istəmir. Bürokratik işlərlə məşğuldur “. Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasından prezidentliyə namizəd, millət vəkili İlyas İsmayılov ötən gün İctimai Radioda seçki təşviqatı ilə bağlı ayrılan efir vaxtından istifadə etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bu Mərkəzi Seçki Komissiyasının bürokratik fəaliyyəti ilə bağlıdır. Biz iki daimi nümayəndəmizi vermişik. Onlar isə arayışın gec gəldiyini iddia edir. Nə gec gəlmək? Arayışı bir ay bundan qabaq vermişik ki, bu adamlar bizim nümayəndəmizdi”-deyə İlyas İsmayılov qəzəbini gizlədə bilməyib.

Xatırladaq ki, prezident seçkilərində iştirak edəcək namizədlər dünən axşam ilk dəfə pulsuz efir vaxtından istifadə etməklə İctimai Radioda debata çıxıblar. Saat 21:00-dan 22:00-a qədər sürən müzakirələrə Ədalət Partiyasından prezidentliyə namizəd, millət vəkili İlyas İsmayılov qatılmayıb. İ.İsmayılov debata gəlmədiyindən onun efir vaxtı digər namizədlər arasında bölüşdürülməyib. Nəticədə "Ədalət"in nümayəndəsinin efir vaxtı sükutla keçib.

Namizədlər bu gün axşam saat 19.00-da İctimai Televizyada çıxış edəcəklər

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı