Modern.az

Azərbaycan “Metal-Ekspo 2013” Beynəlxalq Sənaye Sərgisində təmsil olundu - FOTOLAR

Azərbaycan “Metal-Ekspo 2013” Beynəlxalq Sənaye Sərgisində təmsil olundu - FOTOLAR

20 Noyabr 2013, 13:30

Qara və əlvan metallurgiya sənayesinin məhsulları, müasir avadanlıq və texnologiyaların nümayiş etdirildiyi “Metal-Ekspo 2013” 19-cu Beynəlxalq sənaye sərgisində ölkəmizi “Baku Steel Company” MMC və “Azərboru” ASC-nin nümayəndə heyəti təmsil edib. “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin məlumatına görə sərgidə dünyanın 35 ölkəsindən 750-dən çox şirkət iştirak edib.

Sərgi çərçivəsində çox sayda görüş və təqdimatlar keçirdiklərini deyən “Azərboru” ASC-nin Idarə Heyətinin sədri Həsən Muradov, sərgidə nümayiş etdirdikləri stendin böyük marağa səbəb olduğunu, həmçinin bir sıra əhəmiyyətli müqavilələrə imza atdıqlarını da bildirib: “Hal-hazırda Russiya bazarı dünyanın ən iri və dinamik inkişaf edən bazarlarındandır. Burada mövcud olan sıx rəqabətə baxmayaraq, istehsal etdiyimiz məhsullar, əlverişli qiymətinə və yüksək keyfiyyətinə görə, bazar iştirakçılarının marağını cəlb edir. Artıq bir ilə yaxındır ki, biz Rusiya bazarında “Azərboru” ASC-nin istehsal etdiyi müxtəlif çeşidli boruları təklif edirik və il ərzində xeyli sayda müştəri və partnyorlar qazanmışıq. Bu yaxınlarda dünyanın ən böyük neft şirkətlərindən olan “Rosneft”  məhsullarımızın onların standartlarına uyğun olub-olmadığını müəyyən etmək üçün zavodumuzda  yoxlamalar aparmışdır. Yekun qərara əsasən istehsal etdiyimiz borular “Rosneft”in tələblərinə tam cavab verir və artıq “Rosneft” də müştərilərimiz sərasındadır”.  

“Azərboru” ASC 1947-ci ildə Sumqayıt şəhərində yaradılıb. 2012-ci ildən məhsulları Rusiya bazarında satışa çıxarılan zovodda qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular istehsal olunur. Hazırda Rusiya ilə yanaşı Ukrayna, Qazaxıstan və bir sıra Avropa ölkələrinin bazarlarını tikişsiz borular ilə təchiz edən şirkətin məhsul satışını “Azerpipe” MMC təşkil edir.

Xatırladaq ki, 50-dən artıq konfrans, seminar və dəyirmi masanın baş tutduğu “Metal-Ekspo 2013” sərgisində Rusiya və Avropanın ən iri istehsalçıları və treyderlərindən olan  “Severstal”, ÇTBZ, ММК, ОМК, ТМК, “Меcеl”, “Metinvest”, “Lider-M”, “Arcelor Mittal”, SMS Group, “Küntter” və digər tanınmış şirkətlər iştirak edib.








Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir