Modern.az

Əfv və amnistiya insanın bəraət alması deməkdirmi? - Hüquqşünas aydınlıq gətirir

Əfv və amnistiya insanın bəraət alması deməkdirmi? - Hüquqşünas aydınlıq gətirir

Aktual

27 Yanvar 2014, 09:25


Hər il əfv və amnistiya aktları ilə minlərlə məhkum azadlığa buraxılır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv sərəncamı Prezident tərəfindən verilir. Amnistiya isə Milli Məclisin qərarı ilə müəyyən olunur. Ancaq hüquqi sual doğuran bəzi məqamlar da var ki, o da əfv və amnistiya siyahısına düşənlərin bəraət alması məsələsidir. Məsələn vaxtilə separatçılıqda, dövlətə xəyanətdə ittiham olunaraq həbs həyatı yaşayan Ələkrəm Hümmətov, keçmiş müdafiə naziri Rəhim Qazıyev əfv fərmanları ilə azadlığa çıxsa da, onların bəraət alıb-almaması cəmiyyətdə müəyyən mübahisələr yaradar. Bəs əfv və ya amnistiyanın şəxslərə bəraət qazandırması hansı hallarda ola bilər?

Modern.az-a Konstitusiya Araşdırmalar Fondunun sədri, Əliməmməd Nuriyev məsələ ilə bağlı hüquqi detallardan danışıb. O bildirib ki, əfv Cinayət Məcəlləsinin hər hansı bir maddəsi ilə ittiham olunaraq barəsində məhkəmə hökmü olan şəxslərə aid edilir.

Ə. Nuriyevin sözlərinə görə, əfv məhkumlara münasibətdə tətbiq edilən aktdır. “Əfv müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının vaxtını azalda bilər. Ya da həbs olunanı tamamilə məhkumluq həyatından qurtara bilər. Bu kimi məsələlər əfvin predmetidir. Şəxs ictimai təhlükəsi az olan, ağır sayıla bilməyəcək cinayət törədibsə, əfv üçün müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanın müddəti on il keçdikdən sonra əfv üçün müraciət etmək hüququ yaranır. Əfv təkcə azadlıqdan məhrum olunmuş şəxslərə deyil, barəsində cərimə cəzası tətbiq olunmuş və digər maddələrlə ittiham olunanlara da aid edilə bilər”

Fond rəhbəri qeyd edib ki, şəxslərin əfv və ya amnistiya ilə azadlığa çıxması onların bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin qərarı ilə verilə bilər. “Yəni hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğurdan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Məhkumluğun götürülməsi də həmin adamın bəraət alması deyil”.

Ə. Nuriyevin sözlərinə görə, ən ağır cinayətlərdən biri də dövlətə xəyanətdir. Cinayət Məcəlləsində “dövlətə xəyanət” maddəsində ayrı-ayrı kateqoriyalar nəzərdə tutulsa da, mahiyyət etibarilə onlar arasında ciddi fərqlər yoxdur.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı