Modern.az

Əli Kərimli Türkiyədəki seçkiyə qiymət verdi: “Türk xalqı bu sınaqdan üzüağ çıxmaqdadır”

Əli Kərimli Türkiyədəki seçkiyə qiymət verdi: “Türk xalqı bu sınaqdan üzüağ çıxmaqdadır”

31 Mart 2014, 09:51

“Türkiyədəki bələdiyyə seçkilərini çox maraqla izləyirəm. Xüsusən ona görə ki, qardaş ölkədə son vaxtlar baş verənlərin xeyli dərəcədə oturuşmuş seçki sistemini zədələyə biləcəyindən narahat idim. Narahatam ki, Türkiyə demokratiyası, ölkənin konstitusion dövlət orqanları bugünlərdə yenidən imtahana çəkilir”.

Modern.az-ın məlumatına görə, bunu AXCP sədri Əli Kərimli Türkiyədə keçirilmiş 30 mart bələdiyyə seçkilərinə qiymət verərəkən deyib.
Ə.Kərimli Türkiyə cəmiyyətində çox ciddi qütbləşmə, hətta qarşıdurma müşahidə olunduğunu qeyd edib:

“ Seçkilərin ilkin nəticələri göstərir ki, bu vəziyyət seçkidən sonra da davam edəcək. Lakin məmnunam ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə seçki sistemi sınaqdan üzüağ çıxmaqdadır. Seçkinin nəticələrini həqiqətən də xalqın iradəsi müəyyənləşdirir. Türk xalqı isə oyaqdır, ayaqdadır, taleyini kimsəyə ümid olmaq fikrində deyil”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı