Modern.az

Ann Hidalqo Parisin ilk qadın meridir

Ann Hidalqo Parisin ilk qadın meridir

1 Aprel 2014, 00:24

Modern.az saytı xəbər verir ki, Paris şəhərinin meri ilk dəfə olaraq qadın seçilib. Lakin Anna Hidalqonun mənsub olduğu Sosialist partiyası Fransada yerli bələdiyyələrə seçkilərin ikinci raundunda məğlubiyyətə uğrayıb.
 
İspaniyada anadan olmuş Ann Hidalqo Fransa paytaxtının meri uğrunda seçkilərdə mühafizəkar partiyanın namizədi üzərində qələbə çalıb.
 
Hidalqo Paris şəhərinin bundan əvvəlki meri Bertrand Delanonun müavini vəzifəsində çalışıb. Yeni inşaat layihəsinin icrası və parisli ailələr üçün münasib qiymətlər əsasında uşaq bağçalarının açılmasına dair vədləri ona qələbə gətirib.
 
Siyasi təhlilçilərin çoxu Parisin meri vəzifəsini Fransa prezidentliyi istiqamətində mühüm bir addım kimi qiytməndirir.
 
Özünün mer seçilməsinə baxmayaraq, Hidalqonun mənsub olduğu Sosialist partiyası Fransanın başqa şəhərlərində yaxşı nəticələr göstərə bilməyib.
 
Seçkilər Fransada qeyri-populyar prezident Fransua Hollandın hökuməti üçün sınaq kimi qiymətləndirilir.
 
Seçicilər iqtisadi durumdan və yüksək işsizlik səviyyəsindən narazıdır.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı