Modern.az

Azərbaycan Ukraynadakı seçkiyə müşahidəçi göndərmir

Azərbaycan Ukraynadakı seçkiyə müşahidəçi göndərmir

Təhsil

20 May 2014, 12:00

Ukraynada may ayının 25-də keçiriləcək prezident seçkilərinə Azərbaycandan müşahidəçi göndərilməsi məsələsi sual altındadır. Seçkilərə 5 gün qalsa da, Azərbaycandan ora göndəriləcək müşahidəçilərin siyahısı dəqiqləşməyib. Ümumiyyətlə, Azərbaycan tərəfinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı haqqında rəsmi qərar qəbul olunmayıb.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif  Təvəkküloğlu Modern.az-a hələ bu haqda parlamentin rəsmi qərar vermədiyini bildirib.

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli də müşahidəçilər barədə ünvanladığımız suala eyni cavabı verib. O qeyd edib ki, MSK hələ ki məsələ barədə qərar qəbul etməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı