Modern.az

Parlamentlə Akademiya arasında fikir ayrılığı - AKADEMİKDƏN AÇIQLAMA

Parlamentlə Akademiya arasında fikir ayrılığı - AKADEMİKDƏN AÇIQLAMA

Aktual

30 May 2014, 23:33


“Elm siyasəti haqqında” qanun layihəsi bir neçə dəfə müzakirə olunub və yekun variant hazırlanıb”. Bunu Modern.az-a açıqlamasında Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məcıisin deputatı İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu qanun müasir dövrdə elmin inkişafına öz müsbət təsirini göstərəcək: “Sənəddə elmin inkişafına kömək edən yaxşı müddəalar da var. Elə müddəalar var ki, onlar birbaşa elmlə əlaqədar olan məsələlərdir”.

İsa Həbibbəyli “Elm siyasəti haqqında” qanun layihəsi ilə bağlı Milli Məclis və Milli Elmlər Akademiyası arasında yaranmış fikir ayrılğını dolayısı ilə təsdiqləyib:
“Biz qərar vermişik ki, paralment bu qanun layihəsini qəbul etməzdən öncə Milli Elmlər Akademiyasında bir daha müzakirələr aparılsın”.

Deputat onu da vurğulayıb ki, “Elm siyasəti haqqında” qanun layihəsi ölkədə elmin inkişafına təkan verməklə yanaşı, elm adamlarının yaşayış şəraitinin yaxşılaşdırılmasında da mühüm rol oynayacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə bildirib ki, qanun layihəsi böyük maliyyə tutumlu olduğuna görə, məsələ Maliyyə Nazirliyində də müzakirə olunacaq. Məsələ ondadır ki, bir neçə ildir komitə sədri “Elm siyasəti haqqında” qanun layihəsinin bu gün-sabah müzakirəyə çıxarılacağını deyir. Ortada isə heç bir şey yoxdur. Bu isə onu göstərir ki, “Elm siyasəti haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunun aqibətini yaşayır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı