Modern.az

ATƏT sədrindən Qarabağ açıqlaması:”Yeni debatın əsasını qoymaq istəyirik”

ATƏT sədrindən Qarabağ açıqlaması:”Yeni debatın əsasını qoymaq istəyirik”

Aktual

28 İyun 2014, 16:19


Didye Burkhalter Ukrayna və Abxaziya böhranının həlli istiqamətində hansı addımları atacaqlarından da danışıb.

"Azərbaycan davamlı inkişaf nöqteyi-nəzərindən modeldir. 12 il əvvəl də burda olmuşam. 12 ildən sonra Azərbaycanda çox ciddi dəyişiklərin şahidiyəm. Bizim üçün Azərbaycanla yeni əməkdaşlıq sferası yaranır və bu bizim üçün çox əlverişli ola bilər”.

Bunu ATƏT Parlament Assambaleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində plenar iclasında ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib.

O, ATƏT-in regionda fəaliyyətinin artırılmasının vacibliyini vurğulayıb, ATƏT sədrinin yeni planlarını açıqlamasını istəyib: “İstər Rusiyanın maraqları fonunda, istər Ukrayna məsələsinin təsiri baxımından Siz bu regionda hansı siyasəti yürüdəcəksiniz? Bunu bilmək çox vacibdir”.

Onun sualına cavab olaraq ATƏT sədri Didye Burkhalter regionla bağlı planlarını açıqlayıb: “Bizim tələblərimizə cavab olaraq Ukrayna böhranı ilə bağlı tərəflər atacaqları addımları açıqlayacaqlar. Bundan sonra biz də addımlarımızı bildirəcəyik. Abxaziya məsələsi ilə bağlı tələb edirik ki, orada ATƏT-ə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılsın. Rusiya və Gürcüstan arasında dialoq olmalıdır.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, planımız belədir: növbəti mərhələdə prezidentlər arasında yeni görüş keçirilməlidir. Yeni debatın əsasını qoymaq istəyirik. Çünki bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər iki prezidentlə bir neçə həftə bundan əvvəl bunları müzakirə etmişik. ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir. Düşünürük ki, ATƏT-in böyük potensialı var. Sadəcə, mən Sizdən xahiş edirəm, münaqişə barədə 57 dövləti dolğun məlumatlandırasınız ki, yüksək dəstək ifadə olunsun”. (APA) 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı