Modern.az

Dövlət Komitəsi Almaniyada çətin vəziyyətə düşən diaspor təşkilatının müraciətini gözləyir

Dövlət Komitəsi Almaniyada çətin vəziyyətə düşən diaspor təşkilatının müraciətini gözləyir

1 Sentyabr 2014, 11:32

“Komitə olaraq Alman-Azərbaycan Mədəniyyət Evinin  bir neçə layihəsini dəstəkləmişik. İndi müraciət olarsa, Komitənin imkanları daxilində hər cür lazımi dəstəyi göstərə bilərik”.
Bunu Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinə mətbuat katibi Esmira Xəlilova deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin maliyyə problemlər ilə bağlı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Modern.az-a açıqlamasında Rəşad Quliyev qeyd edib ki, Alman-Azərbaycan Mədəniyyət Evi Avropada erməni diasporunun qarşısında duran ən böyük ictimai qurumdur.
“Kölnün mərkəzində tutulan ofisin və indiyə qədər görülməkdə olan işlərin maliyyə xərclərini burda yaşayan soydaşlarımız öz hesablarına qarşılayıblar. “Xocalı Soyqırımı”, “20 Yanvar faciəsi”, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı indiyə qədər keçirdiyimiz onlarla konfranslar, seminarlar, yürüş və mitinqlər, sərgilərin təşkilatçılığını buradakı soydaşlarımız həyata keçirib və heç bir kənar dəstək almamışıq. Bu günə qədər təşkilatımız fəaliyyətini Almaniyada yaşayan fədakar insanlarımızın dəstəyi ilə həyata keçirib, amma davamlı ianə verən üzvlərimiz azdır. Bu da ofis və layihə xərclərini qarşılamır. Odur ki,  təcili tədbirlər görülməyəcəyi halda təəssüf ki, indiyə qədər gördüyümüz işlər də bundan sonrakı layihələrimiz də yarımçıq qala bilər”.

Xatırladaq ki, Alman-Azərbaycan Mədəniyyət Evi ötən ilin martından fəaliyyətə başlasa da, az vaxt içərisində Avropada çox önəmli tədbirlərə imza atıb.  

Rüfanə GÜNƏŞ
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü