Modern.az

Xüsusi istedada malik uşaqlar: seçim hansı meyarlarla aparılır?

Xüsusi istedada malik uşaqlar: seçim hansı meyarlarla aparılır?

1 Sentyabr 2014, 13:27

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunda uşağın nitq bacarığı, riyazi vərdişləri, məntiqi bacarığı və dünyagörüşünü yoxlanılır”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Sorğuda həmçinin deyilir ki, bu meyarlara cavab verən uşaqların 6 yaşı sentyabr-dekabr ayında tamam olmalıdır:
“Bu meyarlar üzrə 6 yaşı sentyabrın 15-dən dekabrın 31-ə qədər tamam olan uşaqların müsahibəsi aparılır və qiymətləndirilir. Təhsil nazirinin 17 iyul 2013-cü il tarixli əmrinə əsasən 15 və daha yuxarı bal (maksimum 20 bal olmaqla) toplamış uşaqlar I sinfə qəbul edilirlər”.

Xatırladaq ki, bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub  

Rüfanə GÜNƏŞ
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir