Modern.az

“Ebola” qurbanlarının sayı AÇIQLANDI

“Ebola” qurbanlarının sayı AÇIQLANDI

13 Dekabr 2014, 10:17


Dünya Səhiyyə Təşkilatı  Qərbi Afrika ölkələrində “Ebola” virusu qurbanlarının sayının 6388 nəfərə çatdığı barədə məlumat yayıb.

Modern.az saytı xarici mətbuata istinadən  xəbər verir ki, təşkilat virusa yoluxanların  sayının  artaraq 17942 nəfər təşkil etdiyini bəyan edib. Onların isə  böyük əksəriyyəti Liberiya, Qana və Sierra-Leone vətəndaşlarıdır.

Qeyd edək ki,  ölüm faktları ən çox Sierra-Leonedə qeydə alınıb. Qanada isə xəstəliyin atım tempinin yüksəldiyi, Liberiyada isə nisbətən zəiflədiyi bildirilir.

Modern.az



 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir