Modern.az

BMT-dən Sərkisyana XƏBƏRDARLIQ

BMT-dən Sərkisyana XƏBƏRDARLIQ

26 İyun 2015, 00:24


BMT-nin haqları üzrə ali komissarlığı Ermənistan hakimiyyətini aksiya iştirakçılarının hüquqlarına zəmanət verməyə çağırıb.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, ali komissarlığın mətbuat katibi Ravina Şamdasani bu barədə  jurnalistlərə bildirib.  

O qeyd edib ki, Ermənistan polisinin mitinq iştirakçılarına və jurnalistlərə qarşı güc tətbiq etməsi faktından narahat olublar. Ravina Şamdasini Ermənistan hakimiyyətini baş verən hadisələri diqqətlə, operativ araşdırmağa çağırıb.  

“Çünki ölkədə etirazlar hələ də  davam edir. Nümayişlərin gedişatında polislərin hərəkətlərinin beynəlxalq normalara və standartlara uyğun olacağına dair Ermənistan hökuməti zəmanət verməlidir.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc tətbiq edilməsi BMT-nin Vəzifəli Şəxslər haqqında Davranış Kodeksinə və Odlu Silahın tətbiqi üzrə prinsiplərinə uyğun olmalıdır. Biz bütün tərəfləri konstruktiv dialoqda iştirak etməyə və zorakılığı saxlamağa dəvət edirik”.  

Bir neçə gün bundan qabaq Ermənistanın paytaxtı Yerevanda elektrik qiymətlərinin artmasına görə hökumət əleyhinə başlayan mitinqlər hələ də davam edir.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir