Modern.az

Rusiyanın səfirliyi atəşə tutulub

Rusiyanın səfirliyi atəşə tutulub

Dünya

21 Sentyabr 2015, 22:00

Rusiyanın Suriyanın paytaxtındakı səfirliyi qumbaraatandan atəşə tutulub. Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.  

“Sentyabrın 20-i, saat 09:00 radələrində Rusiyanın Dəməşq şəhərindəki səfirliyinin ərazisinə qumbaraatan mərmisi düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisəni qəti şəkildə pisləyir, terror aktı ilə bağlı regional tərəflər daxil olmaqla, beynəlxalq ictimaiyyətin mövqeyini gözləyirik”, bəyanatda qeyd edilir.

Bəyanatda həmçinin vurğulanır ki, səfirlik hökumətə qarşı mübarizə aparan silahlıların cəmləşdiyi Cobar bölgəsindən atəşə tutulub.(APA)  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı