Modern.az

Jurnalist Xızı məktəblilərinə multikultural dəyərlərdən danışıb

Jurnalist Xızı məktəblilərinə multikultural dəyərlərdən danışıb

26 Sentyabr 2015, 16:03

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun layihəsi əsasında Xızı rayonu Şuraabad qəsəbə tam orta məktəbində “Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir” mövzusunda mühazirə təşkil edilib. Bilik fondunun lektoru, Bakı Slavyan Universiteti Jurnalistika fakültəsinin baş müəllimi, “Space” televiziyasının redaktoru Nüşabə Hüseynli məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri qarşısında çıxış edib.

N.Hüseynli cəmiyyətimizdə son vaxtlar tez-tez işlədilən multikulturalizm anlayışının kökündə müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında birgə yaşamaq ideyasının durduğunu deyib. O bildirib ki, Azərbaycan multikulturalizmin əsas ünvanlarından, məkanlarından biri kimi artıq dünyada məşhurdur və bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri ölkədə multikultural təhlükəsizliyin təmin olunmasıdır.

N.Hüseynli mühazirənin sonunda məktəblilərin mövzu ilə əlaqədar suallarını da cavablandırıb.

Nüşabə xanım rayon ziyalıları ilə də görüşüb. Görüşdə Xızı rayon İcra Hakimiyyətinin təhsil, mədəniyyət və səhiyyə üzrə müavini Jalə Süleymanova, Xızı rayon Təhsil şöbəsinin müdiri Oktay Abdullayev, Şuraabad qəsəbə ərazi idarəetmə dairəsi üzrə nümayəndə Arif İsgəndərov, Şuraabad qəsəbə bələdiyyəsinin sədr müavini Fazil İsmayılov və Şuraabad qəsəsbə tam orta məktəbinin direktoru Xatirə Həşimzadə iştirak edib. Görüşdə bölgədə təhsillə, mədəni inkişafla bağlı perspektivlər müzakirə edilib, təkliflər irəli sürülüb.





Modern.az
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir