Modern.az

Baş nazir istefaya getdikdən sonra öz iş kabinetini darmadağın edibmiş

Baş nazir istefaya getdikdən sonra öz iş kabinetini darmadağın edibmiş

19 Oktyabr 2015, 16:00

Ötən ay partiyadaxili seçkilərdə məğlub olaraq Avstraliya baş naziri postunu tərk etməyə məcbur olan Toni Ebotun tərəfdarları ilə birlikdə iş otağını darmadağın etdiyi ortaya çıxıb.  

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, sentyabrın 14-də baş verən hadisənin detalları ötən gün Avstraliya parlamentində keçirilən dinləmələr zamanı açıqlanıb.

Məlumata görə parlament araşdırması hökumət evindəki xadimələrin bütün nazirlərin otaqlarında baş nazirə məxsus mərmər stolun hissələrini aşkarlamasından sonra başlanılmışdı.  

Avstraliyalı jurnalistlər şahid ifadələrinə əsasən, müəyyən ediblər ki, Toni Ebot baş nazir postundan istefa verdiyi gün hökumətinin bir neçə naziri ilə birlikdə iş kabinetində eyş-işrət məclisi qurub və qurşağa qədər soyunaraq stolun üstündə rəqs edib.  

Əyləncə zamanı nazirlərdən biri otaqdakı nadir vazanı sınıdırıb. Nazir Ceymi Briqs isə baş nazirin mərmər stolunda rəqs edərkən müvazinətini itirərək yerə yıxılmış və buna görə bir müddət əlil arabasında hərəkət edib.  

Toni Ebot 2013-cü ilin sentyabrından Avstraliyanın baş naziri səlahiyyətlərini icra edib. 2015-ci il sentyabrın 14-də o, Liberal partiya daxilində keçirilən sədr seçkisini həmkarı Malkolm Ternbula uduzaraq baş nazir postunu itirmişdi.


Vüqar İsmayılov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir