Modern.az

Sergey Lavrov Mövlud Çavuşoğlu ilə görüşəcək

Sergey Lavrov Mövlud Çavuşoğlu ilə görüşəcək

2 Dekabr 2015, 15:51


Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcə biləcəyini istisna etməyib.  

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib.   O, bildirib ki, dekabrın 3-4-də Belqradda keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü baş tuta bilər.  

Sergey Lavrov deyib:

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşmək təklifini rədd etməyəcəyəm, NATO və Rusiya arasında danışılacaq çox mövzu var, biz bunları müzakirə etməyə hazırıq”.    

Vüsalə QƏZƏNFƏRQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir