Modern.az

Rusiya ilə Türkiyə arasında dialoq vacibdir - Qorbaçov

 Rusiya ilə Türkiyə arasında dialoq vacibdir  - Qorbaçov

2 Dekabr 2015, 21:11

 

Rusiya və Türkiyə yaxınlaşmaq və kompromis tapmaq üçün dialoq aparmağa getməyə cəhd etməlidir. Modern.az xarici mediaya istinadən bildirir ki, bunu SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bəyan edib.

“Çox təəssüf ki, belə alınıb. Münasibətlərin son illərdəki kimi bərpasına nail olmaq üçün çox səylər göstərilməlidir. Mənim işlədiyim vaxtlarda, indiki zamanda əlaqələrin genişləndirilməsi baş verib. Bizim böyük, geniş əlaqələrimiz olub. Bu, əslində bizim və Türkiyənin inkişafı üçün çox vacibdir. Buna getmək üçün çox sövqedici motivlər və ciddi niyyət olmalıdır", - Qorbaçov deyib.

Onun sözlərinə görə, münasibətlərin pisləşməsi hər iki tərəf üçün böyük itki ilə nəticələnəcək.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir