Modern.az

ABŞ xüsusi təyinatlıları Səddam Hüseynin vətənində gizli əməliyyat keçirib

ABŞ xüsusi təyinatlıları Səddam Hüseynin vətənində gizli əməliyyat keçirib

27 Yanvar 2016, 16:55


ABŞ-ın xüsusi təyinatlı desant qüvvələri yanvarın 26-da İraqın Səlahəddin vilayətində İŞİD-ə qarşı gizli əməliyyat keçirib.

Modern.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, əməliyyat sabiq İraq diktatoru Səddam Hüseynini anadan olduğu Tikrit şəhərindəki kəndlərdən birində aparılıb.  

Telekanalın məlumatına görə əməliyyat kəndin yaxınlığındakı Speicher hərbi bazasının hərbi qulluqçuları və İraq komandanlığının icazəsi ilə aparılıb.  

İraq ordusundakı mənbə İŞİD-ə qarşı əməliyyatın keçirildiyin təsdiqləyib və bunun İŞİD-in Şimali İraqda bir qrup hərbçini edam etməsinə cavab olaraq təşkil edildiyini deyib.  

Əməliyyatın detalları və məqsədi tam olaraq açıqlanmır.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır