Modern.az

Kəşfiyyat orqanı Putinin yaxın ətrafı BARƏDƏ: “Bu 2 nəfər...”

Kəşfiyyat orqanı Putinin yaxın ətrafı BARƏDƏ: “Bu 2 nəfər...”

29 Yanvar 2016, 18:27

 

Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi kimi tanınan Statfor analitik şirkəti Vladimir Putinin yaxın çevrəsi barədə yazı yazıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Stratfor bu şəxslərin Çeçenistan lideri Ramzan Kadırov və Rosneft şirkətinin prezidenti İroq Seçin olduğunu deyib.  

“Putin Kreml elitasının sədaqətliyinə şübhə etdiyi üçün Kadırovu özünə yaxın edib. O nəinki Çeçenistana sabitlik gətirib, həm də 40 minlik silahlı orduya malikdir. Ramzan Kadırov Federal Təhlükəsizlik Xidmətinə alternativ yaradıb və birbaşa Putinə tabedir”.  

Putin açıqlamalarında Çeçenistan liderini effektiv lider adlamndırırdı və onun federal səviyyəli siyasətçiyə çevrilməsinə yol açmışdı.  

İctimai rəy sorğuları isə sıravi rusların yalnız 17%-nin Kadırova simpatiya və hörmət etdiyini göstərir. Ötən il bu göstərici 35%-ə bərabər olub.  

Statforun fikrincə, Rosneftin rəhbəri İqor Seçin Putinə təsir göstərmək iqtidarında olan daha bir fiqurdu. Çoxları Seçini özünü və şirkətinin maraqlarını Rusiya dövlət maraqlarından üstün tutmaqda ittiham edirlər.

“İqor Seçin ağır çəkili fiqurdu. Onun bütün güc strukturlarında etibarlı insanları var. Yaxın aylar Putinin Kadırov və Seçin arasında neytral hakim olacağını və şəxsi hakimiyyətinə zərər vurub-vurmayacağını müəyyənləşdirəcək”. 

   

Vüqar İsmayılov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü