Modern.az

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

Ölkə

2 İyun 2026, 10:34

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə yeni namizəd irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev-in saytı informasiya yayıb.

Məlumata görə, Prezidenti Donald Tramp Aleksandr Aldeni ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd göstərib.

Aleksandr Aldenin səfir təyin edilməsi barədə sənəd artıq ABŞ Senatına da təqdim edilib.

ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Mark Libbi 2024-cü ilin dekabrında vəzifəsindən gedib.
 

Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyinə müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.

Sizə yeni x var
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!