Modern.az

Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

Prezidentə təbriklər gəlməkdə DAVAM EDİR...

Ölkə

Bu gün, 17:00

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Hökumətinizə və xalqınıza öz adımdan, eləcə də Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan dərin məmnunluğumu ifadə edirəm.

Şri-Lanka ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da genişlənməsi böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, böyük uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

****

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Bu əlamətdar gün Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiqləmək üçün gözəl fürsət yaradır.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin qarşılıqlı maraqlarına və ortaq məqsədlərinə xidmət edən ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qətiyyətimi ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm”.

****

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV