Modern.az

Azərbaycanlı hacıların dönüş cədvəli açıqlanıb

Azərbaycanlı hacıların dönüş cədvəli açıqlanıb

Ölkə

2 İyun 2026, 22:40

Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.

Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə hərəkət edəcək:

"Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.

İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana qayıdacaqlar", - o qeyd edib.

(Trend)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?