Modern.az

Azərbaycan-Türkiyə münasibətlərindən danışdılar

Azərbaycan-Türkiyə münasibətlərindən danışdılar

Ölkə

Bu gün, 00:19

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti və son dövrlərdə ikitərəfli əlaqələrdə baş verən proseslər müzakirə olunub.

Görüşdə, həmçinin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitinin nəticələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?