Modern.az

Elə bildim, o da şəkli kimi yanımıza gələcək: "Gülən şəhid"in son fotosu

Elə bildim, o da şəkli kimi yanımıza gələcək: "Gülən şəhid"in son fotosu

Qarabağ

Bu gün, 10:57

Bəzən bir foto bütöv bir ömrün son xatirəsinə çevrilir. Geridə isə yarım qalan arzular, unudulmayan baxışlar və doğmalarının qəlbində əbədi yaşayan bir qəhrəman qalır.

Modern.az “Şəhidlərdən qalan son foto” rubrikasında bu dəfə hamımızın yaddaşında şəkildən tanıdığımız “gülən şəhid” Cavid Həsənova həsr olunur. 

Şəhidin anası Mirvari Həsənovla son şəkildən əvvəl son görüşdən danışırıq. 

“Cavidlə sonuncu dəfə 21 sentyabr, onu təlimə yola salanda görüşdük. Onda hələ müharibə başlamamışdı. Həmişəki kimi mehriban, ürəyimizə su səpərək, gülərək ayrıldı bizdən. Onda hələ bilmirdim ki, bu son ayrılıqıdır, amma ürəyimdə qəribə narahatlıq var idi. Ana ürəyi hər şeyi hiss edir sözün ondan sonra anladım” – deyə  Mirvari xanım bildirib. 

Cavidlə telefonla danışırdıq, amma onun son fotosun dostları mənə sonradan, o şəhid olduqdan sonra göndərdi:

“Oktyabrın 19-a kimi, şəhid olmamışdan 1 gün əvvələ qədər danışdıq. Həmişə deyirdi nigaran qalmayın, mən yaxşıyam. Axrıncı danışığımızda da elə dedi, nigaran qalmayın, yuxarı qalxacam, telefonla danışmaq imkanımız olmayacaq. Elə də oldu, oğlum şəhid oldu, göylərə qalxdı, amma mən daha onunla danışa bilmədim. Şəkli bizə dostları sonradan göndərdi. O şəkli görənə qədər düşünürdüm ki, oğlumu sonuncu dəfə 21 sentyabr görmüşəm. Amma oğlumun son şəklini görəndə elə bildim o da şəkli kimi sonradan yanımıza gələcək”. 

Şəhidlərimizi qəhrəmanlıqları, yaxınlarının xatirələri və şəkilləri ilə tanıdıq. Hələ 2020-ci ildə vətən üçün döyüşə gedən bir ailənin oğlu hamımızın doğması oldu. Birini gülən üzü ilə, birini səsi ilə, bir başqasını isə hələ doğulmamış övladına öz adını verən qəhrəman kimi tanıdıq və bu tanışlıq onların son fotoları kimi əbədi və dəyərli qalacaq. 

Lamiyə Cənnətzadə
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM