Modern.az

Diaspor Gənclərinin jurnalistlərlə ilk maraqlı debatı - VİDEO

Diaspor Gənclərinin jurnalistlərlə ilk maraqlı debatı - VİDEO

Diaspor

7 Noyabr 2023, 21:29

Naxçıvanda keçirilən “Heydər Əliyev - 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.

 

Debat zamanı gənclər jurnalistlərə maraqlı suallar ünvanlayıblar.

 

Bu debat İctimai TV ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramında yayımlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü