Modern.az

Tbilisidə Zəfər Günü ilə bağlı AKSİYA

Tbilisidə Zəfər Günü ilə bağlı AKSİYA

Diaspor

8 Noyabr 2023, 12:38

Zəfər Günü ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidə məlumatlandırma aksiyası keçirilir.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə səhər saatlarından aksiya etibarən üzərində "Xarıbülbül"ün, Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən görüntülərin əks olunduğu LED ekranlı yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektlərindən hərəkət edir.

 

Aksiyaya Tbilisidəki Azadlıq Meydanından başlanılıb. Azərbaycanın Qələbə gününü əks etdirən aksiya paytaxt sakinləri və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb.

 

Aksiyanın bu gün saat 24:00-a qədər davam edəcəyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?