Modern.az

Azərbaycan diasporunda möhtəşəm Zəfər Günü - VİDEO

Azərbaycan diasporunda möhtəşəm Zəfər Günü - VİDEO

Diaspor

10 Noyabr 2023, 15:04

Azərbaycanda noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı günü qeyd edildi.

 

Modern.az xəbər verir ki, bayram günləri yalnız Azəbaycanın daxilində deyil, xaricdə də qeyd olunub.

 

Belə ki, müxtəlif ölkələrdəki Azərbaycanın diaspor təşkilatları bayram günləri ilə əlaqədar konsertlər, konfranslar və digər tədbirlər təşkil edib.

 

Macarıstanın paytaxtı Budapeşt şəhərində ölkəmizin Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyinin və Budapeşt Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin və medianın təmsilçiləri iştirak ediblər.

 

 İspaniyanın Barselona şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş “Zəfərin Qəhrəmanları” adlı opera konserti keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

 

Oslo Azərbaycan həftəsonu məktəbinin şagirdləri Zəfər Günü münasibətilə videoçarx hazırlayıblar.

 

 

Stokholm Azərbaycan həftəsonu məktəbinin şagirdləri Zəfər Günü münasibətilə xalqımızı təbrik ediblər.

 

 

Polşada fəaliyyət göstərən XarıBülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Zəfər Günü ilə bağlı videoçarx hazırlanıb. Videoçarxda polşalıların və Polşada yaşayan azərbaycanlıların Azərbaycan və Zəfər günü ilə bağlı fikirləri yer almaqdadır.

 

 

 

Nyu-Yorkda Azərbaycanın Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası təşkil edilib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü