Modern.az

ABŞ-da uşaqlar üçün “Qəhrəman Koroğlu” kitabı dərc edildi

ABŞ-da uşaqlar üçün “Qəhrəman Koroğlu” kitabı dərc edildi

Diaspor

8 Yanvar 2024, 13:24

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Mayami şəhərində yaşayan Güney Azərbaycan əsilli yazıçı, Florida Azərbaycan icmasının fəal üzvü olan Dr. Dərya Hüdayınin “Koroghlu the Hero” (“Qəhrəman Koroğlu”) nağıl kitabı çap olunub.

 

ABŞ-da fəaliyyət göstərən Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramovanın verdiyi məlumata görə, Azərbaycan mədəniyyətinin zənginliyinə diqqəti cəlb edən kitabın redaktoru Rebekka Klempner, rəssamı Məhsa Hasanpurdur.

 

Kitabın giriş hissəsində əfsanəvi qəhrəman olan Koroğlu dastanının türk regionunda geniş yayıldığı, qəhrəmanlıq və ədalət kimi dəyərləri təcəssüm etdirdiyi vurğulanıb.

 

Dərya Hüdai hesab edir ki, bu mədəni irsin ötürülməsi, sadəcə, seçim deyil, gələcək nəsillərin zənginləşməsi üçün zərurətdir: “Mədəni irsimizin qorunması gələcək nəsillərin bənzərsizliyi və qüruru üçün həlledici əhəmiyyət kəsb edir. Koroğlu nağılları, sadəcə, rəvayətlərdən daha artıqdır, onlar Azərbaycan xalqının mətinliyini və ruhunu təcəssüm etdirir. Bu təşəbbüsümün məqsədi ailələr üçün sevimli cığırdaşa çevrilmək, gənc oxucuların qəlbində mədəniyyətimizə sevgini alovlandırmaqdır”.

 

Qeyd edək ki, bundan öncə yazıçının “Cırtdanın Hellouni” (“Jirtdan’s Halloween) kitabı dərc edilib.

 

Təbrizdə dünyaya gələn, uzun illərdir ABŞ-da yaşayan Dərya Hüdai ana dilini öyrənib-öyrətmək arzusunu uzaq Mayamidə gerçəkləşdirib. Mədəniyyətimizi və dilimizi yaşatmaq üçün ciddi layihələr həyata keçirir. Azərbaycan nağılları əsasında animasiyalar hazırlayır, uşaqlar üçün Azərbaycan və ingilis dillərində nağıl kitabları nəşr etdirir. 

 

Onun “Koroghlu the Hero” kitabını aşağıdakı link vasitəsilə “Amazon” satış platformasından əldə etmək mümkündür:

 

//www.amazon.com/dp/1737940140/ref=cm_sw_r_as_gl_api_gl_i_CCSPN5DZAA0BQ8JSRQB3?linkCode=ml1&tag=daryahodaei-20&fbclid=IwAR3l1pSgRxRsUGJ_B0xA8na6e4sXDAeUelq4K3ROEiNVcWNUc9hQ7r2aDnI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı