ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından dövlət başçısı postuna namizəd Donald Trampı demaqoq adlandırıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, Obama bununla da kifayətlənməyərək onu kommunistlərlə, faşistlərlə bir cərgəyə qoyub.
“Bizim dəyərlərimizi kim təhdid edirsə, bu faşist, kommunist, cihad təlar, rəfdarları, yaxud yerli demaqoq olsun, axırda məğlubiyyətə uğrayır”, - Barak Obama Demokratlar Partiyasının qurultayında vurğulayıb.
Obama, eyni zamanda Trampı fitə basmamağa, onun əleyhinə səs verməyə çağırıb.
Modern.az