Modern.az

BMT-nin yeni Baş katibi nəyi dəyişəcək? - DOSYE

BMT-nin yeni Baş katibi nəyi dəyişəcək? - DOSYE

15 Oktyabr 2016, 16:48

BMT baş Assamleyası Portuqaliyanın keçmiş baş naziri Antoniu Quterrişi təşkilatın yeni Baş katibi postuna təsdiq etdi. Quterriş 1981-ci ildən sonra bu postu tutacaq ilk avropalı məmur olacaq.

Modern.az Portuqaliya baş nazirinin tərcümeyi-halına nəzərə salıb.

 

Antoniu Quterriş 1949-cu ildə Portuqaliyanın paytaxtı Lissabonda anadan olub.  Fizik mühəndisi kimi təhsil alıb və diplomatik karyeraya başlamazdan qabaq solçu görüşləri ilə seçilirdi. 25 yaşında Portuqaliya Sosialist Partiyasının üzvü olub. 1992-ci ildə partiyanın sədri seçilən portuqal siyasətçi 1995-ci ildə parlament seçkilərini qazanaraq baş nazir postuna yüksəlir. 1999-cu ildən isə o, paralel olaraq Sosialist İnternasionalının rəhbəri olur.

 

Qutyerriş sərt tədbirlərlə 1993-cü ildə Portuqaliyanı bürüyən iqtisadi böhranın qarşısını aldı. Məhz ağır situasiyalarda məntiqlə hərəkət edə bildiyi üçün onun BMT namizədliyi böyük rəğbətlə qarşılanıb.

 

2002-ci ildə baş nazir postundan ayrılan Quterriş 3 il sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarı postuna gətirilib. Bu postda o, aktivlik göstərərək ən az işıqlandırılan Konqo və Mərkəzi Afrika ölkələrinin problemlərinə toxunub.

Hesab olunur ki, Antoniu Quterriş öz iradəsi və işgüzarlığı ilə BMT-nin nüfuzu bərpa edəcək. Çünki son rəy sorğuları yalnız 47% respondetin bu qurumun dünyada effektiv fəalliyyət göstərə bildiyinə inanır.

 

Şəxsi həyatına gəlincə, Antoniu Quterriş 1972-ci ildə Luiza Ameliya Gimaraynş-Meliu ilə evlənib. 1988-ci ildə onun həyat yoldaşı xərçəng xəstəliyindən keçinib. Bu nikahdan onun Pedro Quterriş (1977-ci il) və Mariana Quterriş (1985-ci il) adlı övladlaır var.

 

2001-ci ildə isə o zamanlar hələ Portuqaliyanın baş naziri

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!