Modern.az

Obama Trampa qarşı etirazları dəstəkləyib

Obama Trampa qarşı etirazları dəstəkləyib

30 Yanvar 2017, 23:54

ABŞ-ın eks-prezidenti Barak Obama Trampa qarşı etirazları dəstəkləyib. Modern.az saytı xəbər verir ki, Obama yeni prezidentin miqrantlarla bağlı siyatəsində qüsurlar olduğunu vurğulayıb. Belə ki, Barak Obama fundamental Amerika dəyərlərini yada salaraq, Trampla çox dərin fikir ayrılıqlarının olduğunu açıqlayıb: “Amerika cəmiyyətinin etiraz səviyyəsi Obamanı sevindirir. Konstitusiya hüquqlarını reallaşdıraraq sərbəst yığışaraq, etiraz etməsi və məmurlara səslərini, tələblərini çatdırmağa çalışması- bu Obamanın gözləntiləridir, bunun altında Amerika dəyərləri durur”.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran fərman imzalayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları