Modern.az

İsveç Assancı ABŞ-a ekstradisiya etməyə bilər

İsveç Assancı ABŞ-a ekstradisiya etməyə bilər

Dünya

11 Sentyabr 2018, 13:47

“WikiLeaks” saytının yaradıcısı Culian Assanc Ekvador səfirliyindən çıxarılarsa, onun İsveçdən ABŞ-a ekstradisiyası məsələsi ortaya çıxıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsveç tərəfi Assanca ABŞ-da ölüm cəzası gözləyəcəyi halda onu təhvil verməkdən imtina edəcəyini bildirib.

 

Bu barədə İsveçin Moskvadakı səfiri Peter Erikson bəyan edir.

“Əgər Ekvador səfirliyindən İsveçə təhvil versələr o zaman təhqiqat olacaq. Hələ ki onu dindirmək mümkün olmayıb” – Erikson bildirib.

 

O həmçinin ABŞ-ın Assanca qarşı hər hansı bir iddiası olarsa onu təhvil verməyə hazır olduqlarını bildirib.

Erikson onu ABŞ-da ölüm təhlükəsi gözləyəcəyi halda bundan imtina edəcəklərini də qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl Ekvador prezidenti Lenin Moreno Cualian Assancın səfirliyi istənilən an tərk edə biləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar