Modern.az

NATO-nun baş katibi Gürcüstana gəlir

NATO-nun baş katibi Gürcüstana gəlir

30 Yanvar 2019, 00:13

NATO-nun baş katibi Gürcüstana gəlir. Modern.az xəbər verir ki, Yens Stoltenberq Gürcüstana səfəri mart ayına planlaşdırılır. Səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirələr aparmaq, əməkdaşlığı daha da möhkəmləndirməkdir. Baş katib, mart ayında Gürcüstanda keçiriləcək “NATO-Gürcüstan: 2019” hərbi təlimlərini də izləyəcək. Gürcüstanın NATO-ya üzv qəbul olunmasına toxunan Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm ölkə, həm də Alyans qərar verməlidir. Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur.

 

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, baş katiblə yanaşı, Alyansın digər yüksək vəzifəli rəsmiləri də Gürcüstana səfər edəcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!