Modern.az

Tornado 10 saniyədə şəhəri xaraba qoydu

Tornado 10 saniyədə şəhəri xaraba qoydu

21 May 2019, 23:12

Polşanın şərqində yerləşən Lyublin şəhərində yaranan tornado 120-yə yaxın binaya zərər verib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 1 nəfər yaralanıb.

 

Güclü tornado elektrik xətlərini qırıb, onlarla ağacı kökündən çıxarıb. Bir neçə evin damı da taxta konstruksiyası ilə birgə uçub.

 

Şahidlərin sözlərinə görə, tornado cəmi 10 saniyə ərzində ərazidən keçərək fəsadlar törədib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!