“S-400 hava hücumundan müdafiə sistemlərinin Ankaraya çatdırılması prosesində heç bir gecikmə yoxdur”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
O bildirib ki, rraketlərin birgə istehsalı və texnologiyaların verilməsi barədə razılaşma Ankara üçün prioritet əhəmiyyət daşıyır:
"Biz S-400-lərin tədarükü və Düşənbədə əldə etdiyimiz razılaşma prosesini izlməyə davam edirik. Həmçinin qeyd etmək istərdim ki, raketlərin birgə istehsalı, o cümlədən texnologiyaların verilməsi bizim üçün, bizim əməkdaşlığımız üçün prioritet əhəmiyyət daşıyı".
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.