Modern.az

Putinin anasını söyən jurnalist işdən çıxarılmayacaq

Putinin anasını söyən jurnalist işdən çıxarılmayacaq

Dünya

9 İyul 2019, 12:57

Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist işdən çıxarılmayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiya deyib.

“Qabuniyanın məqsədi legitim olsa da, seçdiyi yol düzgün deyil. Kanal rəhbərliyi onun hərəkətini qəbuledilməz hesab edib və 2 ay müddətinə efirdən kənarlaşdırıb. Amma bu müddət bitdikdən sonra o efirə qaytarılacaq”.

 

Georgi Qabuniya iyulun 7-də P.S verilişinin efirində Putinin ünvanına işlətdiyi qeyri-etik ifadələrə görə ciddi qalmaqal yaratmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!