Modern.az

18 “Taliban”  döyüşçüsü öldürüldü

18 “Taliban”  döyüşçüsü öldürüldü

20 İyul 2019, 22:37

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

Modern.az  xəbər verir ki, koalisiya qüvvələri Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava zərbələri endiriblər.

Məlumata görə, əməliyyat zamanı 18 silahlı öldürülüb və yaralanıb. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir