Modern.az

Türkiyə ordusu 3 terrorçunu MƏHV ETDİ

Türkiyə ordusu 3 terrorçunu MƏHV ETDİ

Dünya

28 Aprel 2024, 12:57

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

 

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.

 

Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var