Modern.az

Kralın mühafizəçi güllələndi

Kralın mühafizəçi güllələndi

Dünya

30 Sentyabr 2019, 00:14

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi qətlə yetirilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün Ciddə şəhərində qeydə alınıb.

Belə ki, briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaalla mübahisə edib.

Mübahisədən sonra Mahmud Ben Maşaal evi tərk edib və silahla geri qayıdıb. O, atəş açaraq xidmətçini və generalı yaralayıb.

Maşaal hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları ilə də atışıb və öldürülüb. Bundan başqa, atışmada təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.

Kralın mühafizəçisi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!