Modern.az

Dünyanın bu ərazisi də koronavirusdan qurtuldu

Dünyanın bu ərazisi də koronavirusdan qurtuldu

13 May 2020, 15:00

Dünyanın daha bir ərzasində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Karib Niderlandında infeksiyaya yoluxan 6 şəxs sağalıb. Ölkədə daha 357 nəfərdən test götürülüb və nəticələr mənfi çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Karib Niderlandını da koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, Karib Niderlandı Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazidir. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir.

 

Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara və Sen-Pyer və Mikelonda koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 212 ölkə və ərazisində qeydə alınıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!