Cənubi Koreya 2050-ci ilə qədər plastik tullantılardan imtina etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Younhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya plastik tullantıları 2030-cu ilədək 60% azaltmaq və 2050-ci ilə qədər tamamilə aradan qaldırmaq niyyətindədir.
“Plastik təbiətdə təxminən 450 il çürüyür və insan sağlamlığına təhlükə yaradır. Cənubi Koreya okeanları çirkləndirən plastik tullantı problemini həll etmək üçün beynəlxalq əməkdaşlığı gücləndirəcək”, - deyə agentlik ölkə prezidentindən sitat gətirib.
Akif İsmayılov